Nəqliyyat sektorunun dayanıqlığı: Ekoloji təsirlər və inkişaf imkanları
Deloitte & Touche LLAC Risk məsləhətləri xidmətinin direktoru Aslan İbrahimov, nəqliyyat sektorunun ölkənin iqtisadi inkişafa töhfə verməklə yanaşı, ətraf mühitin qorunmasına da müsbət təsir etdiyini vurğulayıb. O, dəmiryollarının qlobal və regional inkişafı təşviq etdiyini bildirib. İbrahimov, yaxın zamanda keçiriləcək COP 29 konfransı çərçivəsində, dayanıqlı nəqliyyat həlləri və iqlim dəyişikliklərinə qarşı mübarizədə nəqliyyatın rolunun diqqət mərkəzində olacağını qeyd edib.
Onun sözlərinə görə, yeni elektrik qatarlarının istehsalı və ADY ilə əməkdaşlıq çərçivəsində əldə olunan uğurlar, dayanıqlı nəqliyyatın geniş auditoriyaya çatdırılmasında əhəmiyyətlidir. İbrahimov, ADY-nin rəqəmsallaşma baxımından qabaqcıl texnologiyalara malik olduğunu və keçirilən tədbirlərin inkişaf istiqamətinin irəliləməsinə xidmət etdiyini əlavə edib.
Pərvanə Fərhadqızı