Xəbərlər 08.10.2024 11:25 1348

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Azərsun Sənaye Parkı ərazisindəki Bakı Qida və Yağ Fabrikinin istehsalat sahələrində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirib.

 

Təlimin keçirilməsində məqsəd mümkün fövqəladə hallarla mübarizə, o cümlədən istehsalat sahələrində qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin müəssisə əməkdaşlarına fövqəladə hallar zamanı davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

 

Təlim zamanı xüsusi vasitələrlə şərti qəza baş vermiş istehsalat sahəsində köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.

 

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı