Xəbərlər 09.09.2024 13:45 1540

 Ramil İskəndərli: "Prezident İlham Əliyevin siyasəti Azərbaycanın qlobal nüfuzunu gücləndirir"

Prezident İlham Əliyevin Azərbaycanın qlobal siyasi nüfuzunu artırmaq və diplomatik təsirini gücləndirmək istiqamətindəki səyləri strateji, iqtisadi və geosiyasi amillərin birləşməsi ilə bağlıdır. Bu siyasət ölkəmizin həm regional, həm də beynəlxalq arenada mövqeyini möhkəmləndirməyi hədəfləyir, burada xüsusilə enerji resurslarının və strateji tərəfdaşlıqların əhəmiyyəti ön planda dayanır.

QHT.az xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sabit enerji təchizatını təmin edərək, əsas Qərb ölkələri ilə güclü iqtisadi əlaqələr qurub və qlobal əhəmiyyətini artırıb. Onun sözlərinə görə, Azərbaycanın strateji mövqeyi və enerji ehtiyatları ölkəmizi Avropa və dünya bazarları üçün əsas tərəfdaş halına gətirib. Xüsusən də Avropanın enerji şaxələndirilməsi və Rusiya qazından asılılığın azaldılması istiqamətində Azərbaycanla əməkdaşlıq, ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı