Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçirilib - FOTOLAR
Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxının Meysəri kəndində 7-8 sentyabr tarixlərində növbəti Üzüm və Şərab Festivalı keçirilib.
QHT.az xəbər verir ki, Festivalın açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər rəsmi şəxslər, çoxsaylı qonaqlar iştirak edib.
Qeyd edək ki. “Regional İnkişaf” İctimai Birliyinin Bakı və Şamaxı üzrə könüllüləri tərəfindən Festivalın təşkilinə dəstək verilib.