Xəbərlər 05.08.2024 16:48 2279

"Kəlbəcər və Laçının İqtisadi Resursları" layihəsi İsmayıllı və Hacıqabulda uğurla davam edib - FOTOLAR

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi "Kəlbəcər və Laçın rayonlarının iqtisadi resursları" layihəsinin icrasını uğurla davam etdirir.

Təşkilat sədri Rəhilə Mehdiyeva QHT.az-a bildirib ki, layihənin icra planına uyğun olaraq növbəti tədbir İsmayıllı və Hacıqabul rayonlarında keçirilib. Rayon rəsmilərinin, fermerlərin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə İctimai Birliyin sədri Rəhilə Mehdiyeva və iqtisadi ekspert Orxan Bayramlı mövzu ilə bağlı çıxış edərək, bu gün işğaldan azad edilmiş digər rayonlarımızda aparılan quruculuq işləri ilə yanaşı, Kəlbəcər və Laçın rayonlarında aparılan quruculuq işlərindən, onların iqtisadi resursları və potensialı barədə sahibkarlara geniş məlumat verdilər.

Tədbirdə iştirak edən sahibkarlar çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində göstərdiyi diqqətdən söz açaraq, öz fəaliyyətlərini genişləndirərək, məhz həmin rayonlarda işləmək istədiklərini vurğuladılar. Tədbir geniş müzakirə və sual-cavab şəklində davam etdirildi.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı