Pendir tullantılarından istifadə edərək köhnə elektronikadan qızıl çıxarmaq üçün innovativ üsul hazırlanıb
Yeni metodla elektron tullantılardan qızıl çıxarılır.
QHT.az xəbər verir ki, ETH Zurich tədqiqatçıları elektron tullantılardan qızıl çıxarmaq üçün "denaturasiya edilmiş" zərdab zülallarından (pendirin kəsmikdən ayrılan sulu hissəsi) istifadə ediblər. Alimlər qızıl ionlarını çıxarmaq üçün zərdab süngəri yaratdılar və metal ionlarının məhluluna bu süngəri qoydular. Süngərin qızdırılması ilə təxminən 20 kompüter anakartından 450 milliqram qızıl əldə edildi.
Amazon və Best Buy kimi böyük şirkətlər də köhnə elektronikanın təkrar emalına dəstək verirlər. Lakin ÜST-nin məlumatına görə, 2019-cu ildə bütün elektron tullantıların yalnız 20%-dən azı rəsmi olaraq təkrar emal edilib. Ənənəvi metodlar enerji və zəhərli kimyəvi maddələr tələb edir. ETH Zurich tədqiqatçılarının yeni üsulu bu problemi aradan qaldırır.
Pərvanə Fərhadqızı