Xəbərlər 03.07.2024 02:13 2019

“Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsinin ikinci verilişi yayımlandı - FOTOLAR / VİDEO

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir.

QHT.az xəbər verir ki, Səs TV-də Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış araşdırmaçı- hüquqşünas Səməd Vəkilovun təqdimatında layihə çərçivəsində "Qərbi Azərbaycan - qədim yurd yerimiz" adlı ikinci veriliş yayımlanıb. Verilişdə əks olunan fikir və mülahizələr müəllifə aiddir.

Verilişin qonağı, tarix üzrə fəlsəfə doktoru və Azərbaycan Dövlət Televiziyasında Tarix Şöbəsinin müdiri Mahir Qəribov olub. Veriliş çərçivəsində Qərbi Azərbaycandan deportasiya və soyqırımın tarixi mərhələləri, Azərbaycanın maddi-mədəniyyət abidələrinin və toponimlərinin saxtalaşdırılması, erməni yalanlarının və ideyalarının iflasa uğraması mövzularında müzakirələr aparılıb.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı