Xəbərlər 27.06.2024 11:46 985

Şəhid polkovnik-leytenantın oğlu Çexiyanın ən nüfuzlu universitetlərindən birinə qəbul olub

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun oğlu Əlibəy Abdurahmanov Çexiyanın ən nüfuzlu universitetlərindən biri olan "Charles" Universitetinə qəbul olub.

QHT.az xəbər verir ki, əslən Qəbələdən olan və Bakı şəhəri Yasamal rayonu 53 nömrəli məktəbin məzunu olan Əlibəy Abdurahmanov beynəlxalq SAT imtahanında yüksək nəticə əldə edərək (1450 bal) Avropanın bir neçə universitetlərindən qəbul alsa da, seçimi Çexiyanın ən böyük, Avropanın isə ən qədim universitetlərindən biri olan "Charles" Universiteti olub.

Təhsilini "Riyaziyyat və Fizika" fakültəsində davam etdirəcək Əlibəy övladımızı qazandığı bu möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edir, ona gələcək həyatında uğurlar arzulayırıq!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı