Xəbərlər 27.06.2024 01:45 1989

Mediatorların Şimali Kipr Türk Cümhuriyyətinə növbəti səfəri başlayıb - FOTOLAR

Azərbaycan Respublikasının Mediasiya Şurası Türk Dünyası Mediatorlar Birliyi ilə əməkdaşlığı çərçivəsində mediatorların 26-30 iyun 2024-cü il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinə təcrübə mübadiləsi səfəri başlayıb.

QHT.az xəbər verir ki, daha öncə də təşkil edilən səfərdə ölkəmizi təmsil edən nümayəndə heyətinə Mediasiya Şurasının üzvü, mediator Orxan Mahmudov rəhbərlik edib. Eyni zamanda nümayəndə heyətinin tərkibinə mediatorlar Raul İsmayılov, Venera Əsgərova, Ramiz Kərimov və Venera Əsgərova daxildir.

Səfər ərzində mediatorlardan ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Kiprdəki səfirliyi, Türkiyə Cümhuriyyətinin Kiprdəki səfirliyi, Şimali Kipr Türk Cümhuriyyəti Ali Məhkəməsi, Ombudsman, Vəkillər Kollegiyası və bu kimi bir sıra qurumlarla rəsmi görüşlər keçirəcək. Bundan əlavə Kipr Məclisinin sədri, Musiad, Diaspora nümayəndələri də ziyarət ediləcək və müzakirələr aparılacaq.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı