Xəbərlər 25.06.2024 11:05 949

“İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reablitasiyası Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib. 

 

Tədbirin məqsədi əlilliyi olan şəxslərin hüquqları, onların abilitasiyası, sosial inteqrasiyası və peşə-əmək reabilitasiyası sahəsində əldə olunan uğurların təbliği, eləcə də mövzunun aktuallığına diqqət çəkməkdir. 

 

“İnsan hüquq və azadlıqlarının dövlət təminatı” adlı tədbirdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva mövzu ətrafında çıxış edib. 

 

Mərkəzin əməkdaşları, mərkəzdə təcrübə keçən tələbələr və peşə öyrənən əlilliyi olan şəxslərin iştirak etdiyi görüşdə “İnsan hüquqları aylığı”nın mahiyyəti və ölkəmizdə bu sahədə atılan addımlardan danışılıb. Həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı