Xəbərlər 24.06.2024 12:36 1112

Zəngilanda QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO

Zəngilanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu başlayıb.

QHT.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, forum Zəngilan Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir. Forumda Azərbaycanda fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak edirlər.

Tədbirdə “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib ki, forum iki gün ərzində davam edəcək:

"Forumda 200-ə yaxın Azərbaycanda fəaliyyət göstərən ictimai birliklərin rəhbərləri və nümayəndələri iştirak edir. Forum çərçivəsində COP29 yaşıl dünya naminə həmrəylik hərakatı eyni zamanda QHT-lər, nəticələr, hədəflər, ermənistanın dağ mədən sənayesində törətdiyi ekoloji fəsadlar və.s mövzularda maraqlı panel müzakirələr olacaq. Eyni zamanda QHT-lər silahlı qüvvələr günü münasibəti ilə N saylı hərbi hissəyədə, səfər edəcək. Sabah isə QHT-lərin forumun son günündə yaşıl dünya naminə həmrəylik müraciəti gözlənilir. Artıq forum öz işinə başlayıb, maraqlı fikirlər səslənir. İstər QHT sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai iştirakçılığın təşviq edilməsi, QHT-n beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və.s mövzularda maraqlı panel müzakirələri davam etməkdədir".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı