Xəbərlər 22.06.2024 15:28 5152

QHT sədri: Yeni qərar aparılan uğurlu sosial siyasətin daha bir təzahürüdür 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni Qərarı ilə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı iki dəfədən çox genişləndirilib. Siyahıdakı reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb. Bu qərar əlilliyi olan şəxslərin gündəlik həyatlarını asanlaşdırmaq və onların reabilitasiya prosesini dəstəkləmək məqsədilə həyata keçirilmişdir.
Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş təkliflər əsasında son 4 ildə siyahıdakı reabilitasiya vasitələrinin sayı 3,8 dəfə artırılıb. Bu, aparılan uğurlu sosial siyasət və islahatların bir göstəricisidir.

 

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, yeni qərar bir çox spesifik üstünlükləri əhatə edir.
 

O, bu yeni qərarın sosial siyasətin gücləndirilməsi istiqamətində atılmış mühüm bir addım olduğunu vurğulayır. 
C.Hüseynzadə bildirir ki, bu qərar əlilliyi olan şəxslərin həyat keyfiyyətinin artırılması və onların cəmiyyətə inteqrasiyası üçün böyük əhəmiyyət kəsb edir. Onun fikrincə, belə islahatlar əlilliyi olan şəxslərin hüquqlarının qorunması və onlara daha yaxşı imkanların yaradılması üçün zəruridir.


Təşkilat sədri reabilitasiya vasitələrinin siyahısının genişləndirilməsini reabilitasiya prosesinin təkmilləşdirilməsi baxımından çox mühüm addım hesab edir. Onun fikrincə, yeni siyahıya daxil edilən vasitələr, əlilliyi olan şəxslərin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların fiziki və psixoloji reabilitasiyasına da mühüm töhfə verəcək. Məsələn, gəzinti üçün təkərli hərəkət vasitələri (rollatorlar) və yıxılma detektorları kimi yeniliklər, insanların təhlükəsizliyini və sərbəst hərəkət imkanlarını artıracaq.


Ekspert qeyd edir ki, yeni siyahının hazırlanmasında əlilliyi olan şəxslərin rəy və təkliflərinin nəzərə alınması, bu qərarın daha effektiv və məqsədyönlü olmasını təmin edir. 


“Əəlilliyi olan şəxslərin ehtiyaclarının birbaşa özlərindən öyrənilməsinin və onların təkliflərinin siyahıya daxil edilməsinin, bu sahədə görülən işlərin keyfiyyətini və əhatəliliyin göstərir.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində reabilitasiya vasitələrinin siyahısının genişləndirilməsini də yüksək qiymətləndirilməlidir”. 


İctimai Birlik rəhbəri beynəlxalq təcrübənin və standartların nəzərə alınmasının, ölkədə reabilitasiya xidmətlərinin daha yüksək səviyyəyə qaldırılmasına kömək etdiyini bildirir. Bu əməkdaşlıq, Azərbaycanın reabilitasiya sahəsində dünya standartlarına uyğunlaşmasına və bu sahədə qabaqcıl təcrübələrin tətbiqinə imkan yaradır.


Cəsarət Hüseynzadə son 4 ildə reabilitasiya vasitələrinin sayının 3,8 dəfə artırılmasının, ölkədə aparılan uğurlu sosial siyasətin və islahatların bir göstəricisi olduğunu qeyd edib. 
“Bu sahədəki islahatlar uğurla davam edir. Əlilliyi olan şəxslərin daha geniş reabilitasiya vasitələrinə çıxışının təmin edilməsinin, onların cəmiyyətə tam inteqrasiya olunmasına və öz potensiallarını tam şəkildə reallaşdırmalarına imkan verəcək.”

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı