Xəbərlər 21.06.2024 17:37 2208

Penitensiar xidmət əməkdaşlarına insan hüquqları üzrə təlimlər keçirildi

2024-cü ilin iyun ayında Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə Salyan rayonunun 5 saylı Cəzaçəkmə Müəssisəsində, Gəncə şəhərinin 2 saylı İstintaq Təcridxanasında və Şəki Penitensiar Müəssisəsində təlimlər təşkil edib. 

QHT.az xəbər verir ki, təlimlər insan hüquqlarının qorunması və məhkumlarla davranış qaydalarına riayət olunması istiqamətində Penitensiar Xidmətin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə keçirilib.

İnstitutun və Penitensiar Xidmətin təlimçiləri Salyan, Gəncə və Şəki şəhərlərində Xidmətin 62 əməkdaşına “Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş məhbusların hüquqları”, “BMT-nin Məhbuslarla rəftarın minimal standart qaydaları” və “İşgəncələrə Qarşı Avropa Komitəsinin standartları” mövzularında təlimlər keçiblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı