Xəbərlər 21.06.2024 12:04 2697

Şəhidimiz Tahir Əlizadənin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tahir Əlizadə 1994-cü il iyunun 21-də Biləsuvar şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hadrut döyüşləri zamanı yaralansa da, bir müddət müalicə alaraq yenidən döyüşə qayıdıb. Tahir Əlizadə 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə yaralı əsgərlərini xilas edərkən özü də ağır yaralanaraq hospitala yerləşdirilib və 6 dekabr tarixində müalicə aldığı hospitalda şəhidlik zirvəsinə yüksəlib.

Tahir Əlizadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı