İnstitutun əməkdaşı Polis Akademiyasında çıxış edib - FOTO
Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Polis Akademiyasında insan hüquqları mövzusunda məruzə ilə çıxış edib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təşkil olunan “İnsan Hüquqları Aylığı ilə bağlı dəyirmi masa” tədbirində İnstitutun hüquq tədqiqatçısı Araz Abdullasoy iştirak edərək “İnsan hüquqları istiqamətində islahatlar” mövzusunda məruzə ilə çıxış edib.
A.Abdullasoy dövlətimizin hüquq sistemində aparılan islahatların tarixinə və hal-hazırda icra edilən əsas məsələlərə diqqət çəkərək, bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib. Məruzədə, eyni zamanda, Hüquq və İnsan Haqları İnstitutunun son dövrlərdə həyata keçirdiyi uğurlu tədbirlər və maarifləndirici təlimlərin əhəmiyyəti vurğulanıb.
Sonda əməkdaşımız tədbir iştirakçılarının suallarını cavablandırıb.