Xəbərlər 14.06.2024 14:45 2977

FHN-in Aran Regional Mərkəzi məktəblilər üçün “açıq qapı günü” keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax rayon məktəbliləri üçün “açıq qapı günü” keçirib.

 

Mərkəzdə reallaşdırılan tədbirdə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının qüvvə və vasitələri, həmçinin Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil idarəsinin əməkdaşları və rayonda fəaliyyət göstərən məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

 

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafı, fiziki və mənəvi cəhətdən sağlam yetişməsi, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, habelə Nazirliyin müvafiq yerli qurumlarının fəaliyyəti ilə tanış edilməsi olub.

 

Tədbirdə çıxış edən Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov “açıq qapı günləri”nin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev uşaqların sağlam, firavan, xoşbəxt yaşaması, onların hərtərəfli inkişafı naminə daim məqsədyönlü tədbirlər həyata keçirib, bu mütərəqqi siyasət Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

 

Daha sonra uşaqlar FHN-in yerli qurumlarının texniki imkanları ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, Regional Mərkəzin xilasedicilərinin məşqlərinin bir hissəsi əyani nümayiş etdirilib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı