Xəbərlər 14.06.2024 09:27 2223

İnsan gündə nə qədər yatmalı, oturmalı və gəzməlidir: ALİMLƏR

Ürək sağlamlığını qorumaq üçün gündə nə qədər yatmaq, oturmaq və gəzmək lazımdır?

QHT.az xəbər verir ki, ürək sağlamlığını qorumaq üçün optimal gündəlik fəaliyyət:

  • Yatmaq: Gündə 8 saat 20 dəqiqə.
  • Oturmaq: Gündə 6 saat 10 dəqiqə.
  • Gəzmək: Gündə 2 saat 10 dəqiqə.

Melburndakı Beyker Ürək və Diabet İnstitutunun tədqiqatçıları bu nəticələrə gəliblər. Alimlər oturma vaxtını fiziki fəaliyyətlə kəsməyi və müntəzəm hərəkətin ürək sağlamlığını qorumaqda vacib olduğunu vurğulayırlar. Yuxunun bərpaedici rolu, fiziki aktivliyin isə ürək və digər sağlamlıq problemlərinin riskini azaltması göstərilmişdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı