Xəbərlər 13.06.2024 11:19 1494

QHT sədri XV Azərbaycan-Türk-Alman Tibb Hüququ Simpoziumundan danışıb

Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov QHT.az-a “İnjuria” jurnalı və hüquq platforması, Hüquq və İnsan Haqları İnstitutu, Almaniyanın Martin Luter Universiteti və Türkiyənin Tibb Hüququ İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "XV Azərbaycan-Türk-Alman Tibb Hüququ Simpoziumu"ndan danışıb.

Onun sözlərinə görə, həmin Simpoziumda Almaniya, Türkiyə və Azərbaycandan çoxillik təcrübəyə malik aparıcı ekspertlər, hüquqşünaslar, alimlər, həkimlər və dövlət nümayəndələri iştirak edib, məqsəd, biotexnoloji və biotibbi fəaliyyətlərin həyata keçirilməsi zamanı insan hüquqlarının müdafiəsini təmin etmək olub: "İştirakçılar tibb və hüquq elminin birgə yanaşmasını, hüquqi risklərin azaldılmasına yönəlmiş praktiki qərarların qəbulunu müzakirə ediblər. Simpozium təcrübə mübadiləsi və qüvvələrin birləşdirilməsi üçün geniş imkanlar yaradıb, maraqlı tərəflərə real alqoritmlər formalaşdırmağa şərait yaradıb".

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı