Xəbərlər 10.06.2024 16:09 1101

“Gənclər ətraf mühitin keşiyində” adlı layihənin icrası davam edir - FOTOLAR

Sağlam mühit Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihənin icrası davam edir.

QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Əli Mirzəyev məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində təşkilatın könüllüləri Kür çayının Şirvan şəhərindən keçən hissəsində “Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə keçirilən ümumşəhər ekoloji aksiyasında iştirak ediblər: "Şəhər İcra Hakimiyətinin başçısı İ.Abbasovun və digər dövlət qurumlarının rəhbərlərinin də iştirak etdiyi aksiyada Sağlam Mühit Gənclərin İnkişafına Kömək İctimai Birliyinin könüllüləri çayın sahilində təmizlik və abadlıq işlərində iştirak ediblər. Qısa müddət ərzində ərazidən xeyli miqdarda məişət tullantısı toplanaraq aidiyyatı qurumun işçilərinə təhvil verilib".

Layihə rəhbəri həmçinin qeyd edib ki, ertəsi gün ictimai birliyin könüllüləri Heydər Əliyev adına parkda təşkil olunan iməcilikdə aksiyanı davam ediblər. Onlar parkın ərazisində məsuliyyətsiz sakinlərin hara gəldi atdıqları tullandıları toplayaraq kənarlaşdırıblar. Sakinlərin diqqətini ətraf mühitin qorunmasına yönəltmək üçün fləşmob təşkil olunub. 

Aksiyada Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Rəfail Nəsirov iştirak edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı