Xəbərlər 07.06.2024 11:51 1837

Laçın və Ağalıda daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirlərini davam etdirir.

 

Laçın şəhərinə, Laçının Zabux kəndinə və Zəngilan rayonunun Ağalı kəndində köçürülən sakinlərdən daha bir qrup şəxsə bu gün Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim olunub.

 

Laçın rayonunda avadanlıqların təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov da iştirak ediblər. Onlar proqram iştirakçıları ilə görüşüb, həmin sakinlərin yeni qurduqları təsərrüfatlarla bağlı planları ilə maraqlanıblar. 

 

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, avtomobil şinlərinin bərpası və təmiri, qadın gözəllik salonu, dərzi sexi, qapı və pəncərə istehsalı, fotoatelye xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

 

Beləliklə, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 103-ə çatıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı