Xəbərlər 01.06.2024 13:58 2898

Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA

Lənkəran, Masallı və Cəlilabad boksçuları mükafatlara sahibləniblər

 

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş Lənkəran-Astara regionu üzrə Spartakiada çərçivəsində boks idman növü üzrə region turnirinə yekun vurulub.
Masallı Regional Boks Mərkəzində iki gün (30-31 may) davam edən yarışlarda 5 rayon komandasından 60 nəfərə yaxın idmançı gücünü sınayıb.
Region turnirində komanda hesabında Lənkəran rayon komandası birinci, Masallı rayon komandası ikinci, Cəlilabad rayon komandası üçüncü yerə layiq görülüb.
Qaliblər təşkilat komitəsi tərəfindən müvafiq dərəcəli medal və diplomlarla təltif olunublar.

 

Akif AĞAYEV
    
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı