Xəbərlər 29.05.2024 14:15 9572

İctimai Birlik sədri Prezident və Birinci xanımla görüşdən QHT.AZ-a danışdı - ÖZƏL

Prezident İlham Əliyevin mayın 28-də  Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı sakinlərdən biri, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Cəfərova dövlət başçısını və xanımını evinə dəvət edib. Prezident və Birinci xanım həmin evə baş çəkiblər.

QHT.az Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Cəfərovadan Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə görüşü və dialoqu ilə bağlı  fikirlərini öyrənib.

“Dünən gözəl görüş oldu. Cənab Prezidenti evimə dəvət etdim. Prezident, xanımı Mehriban xanım, qızı Arzu xanım mənim evimdə oldular, səmimi söhbət etdik. Təşkilatım haqqında danışdım ki, mən Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədriyəm. Dünyada Azərbaycanın ədalətli mövqeyi, Qarabağ həqiqətləri və Xocalı soyqırımını tanıtmağa çalışıram. Cənab Prezident Qarabağ həqiqətlərindən, Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasından danışdı. Xocalı soyqırımının artıq 13 ölkədə tanıdılmasını qeyd etdi. Daha da çox ölkədə tanıdılmasına ehtiyac olduğunu bildirdi.

Mehriban xanıma bildirdim ki, mən Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri olaraq Qarabağ həqiqətləri və Xocalı soyqırımını tanıtmağa çalışıram. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu istiqamətdə bizə daim dəstək olur. Onu vurğuladım ki, Qarabağ həqiqətləri, Xocalıya ədalət kompaniyası uzun çox vacib və əsas istiqamətdir. Mən də bu işdə kiçik də olsa töhfə verməyə çalışıram. Bu xoş qarşılandı ki, siz bu işləri görürsünüz". 
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı