Xəbərlər 29.05.2024 01:34 1978

“Son iclas” bədii-sənədli filminin nümayişi təşkil edilib - FOTOLAR

28 May – Müstəqillik Günü ilə əlaqədar “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxt və regionlarda RİİB könüllüləri və digər gənclər üçün “Son iclas” bədii-sənədli filminin nümayişi təşkil edilib.

QHT.az xəbər verir ki, 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salan və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini diqqətə çatdıran “Son iclas” bədii-sənədli filmi Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanıb.

Film nümayişinin təşkilində məqsəd gəncləri müstəqillik tariximiz və bu şanlı tarixin görkəmli simaları haqqında daha geniş məlumatlandırmaqdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı