Xəbərlər 24.05.2024 09:33 1785

Hərbi attaşelər və diplomatlar Laçına getdi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin - səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin mayın 24-də Laçın şəhərinə səfəri başlayıb.

 

QHT. az Axar.az-a istinadən  xəbər verir ki, səfər çərçivəsində diplomatik korpusun nümayəndələri COP-29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin və digər rəsmi şəxslərin çıxışları gözlənilir.

 

Bundan əlavə, diplomatlara Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat veriləcək, onlar Zerti Aqro-Sənaye Parkı və Hoçazfilm kinopavilyonu ilə tanış olacaqlar. Həkəri çayına balıqların buraxılması prosesini canlı izləyəcəklər və “Xalça belə yarandı” adlı sərginin açılışında iştirak edəcəklər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı