Tovuz Rayonunda Aqroturizmin İnkişafına Dəstək - VİDEO
BP-nin maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Tovuz rayonunda icma əsaslı aqroturizmin inkişafına dəstək” layihəsi çərçivəsində “Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib. Bu konfransda icma əsaslı aqroturizmin inkişafı, kənd təsərrüfatı sektorunun turizm ilə inteqrasiyası və regionda turizmin potensialı müzakirə edilib.
QHT.az xəbər verir ki, konfrans çərçivəsində, həmçinin, tanınmış turizm bloqerləri üçün layihə üzrə yaradılan təsərrüfat subyektlərinə turlar təşkil olunub. Bu turlar bloqerlərə kənd təsərrüfatı və turizm imkanlarını birgə təbliğ etmək, eləcə də layihənin nəticələrini geniş auditoriyaya çatdırmaq imkanı yaradıb. Bloqerlər təsərrüfatları ziyarət edərək, oradakı fəaliyyətləri, təbiət mənzərələrini və kənd həyatını öz izləyiciləri ilə bölüşüblər. Bu cür təşəbbüslər regionda turizmin daha geniş yayılmasına və ölkənin müxtəlif hissələrinin turistlər üçün daha cəlbedici olmasına xidmət edir.