Xəbərlər 21.05.2024 21:47 2377

Şəhid ailələri üzvləri və son nəsil protezlərlə təmin edilmiş əlilliyi olan şəxslərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası təşkil edilib.

 

Aksiyada şəhid ailələri üzvləri və yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilmiş, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, ekokönüllülər iştirak ediblər. 

 

Aksiya zamanı Bakının Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə torpaq-iqlim şəraitinə uyğun 100-dən çox zeytun və şam ağacları əkilib. 

 

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı