Xəbərlər 21.05.2024 18:49 1532

Masallıda partiya veteranları ilə görüş keçirilib

Masallıda partiya veteranları ilə görüş keçirilib

 

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı 28 May – Dövlət Müstəqilliyi günü münasibətilə “Müstəqil Azərbaycan veteranları” mövzusunda partiya veteranları ilə görüş keçirib.
Mayın 21-də, Masallı Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Seyfəddin Əliyev dahi şəxsiyyət Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi haqqında əhatəli məlumat verərək Ulu Öndərin Azərbaycan xalqının müasir tarixində oynadığı önəmli rolundan danışıb: “Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.”
Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətini vurğulayan S.Əliyev bildirib ki, dinamik inkişaf edən və ildən-ilə beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.
Ölkəmizin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran Seyfəddin Əliyev hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, partiya veteranlarından Qardaş Fətullayev, Rafiq Bağırov, Əyyub Mehtiyev, Yaşar Gözəlov, Faiq Nağıyev, Vahid Mirzəyev, İsrafil Əliyev və başqaları Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti haqqında fikirlərini bölüşüb, ölkəmizin gələcək inkişafı naminə cənab Prezident İlham Əliyevin qalib xalqın qalib lideri olduğunu, Azərbaycan xalqının, partiya veteranlarının onunla fəxr etdiyini bildiriblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı