Andreeva "GSMA M360 Eurasia 2024" Konfransında çıxış edib - FOTOLAR
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “GSMA M360 Eurasia 2024” konfransında çıxış edib.
QHT.az xəbər verir ki, ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, yaşıl texnologiyalar, yeni nəsil şəbəkələr, kibertəhlükəsizlik mövzularında müzakirələr baş tutub.