Xəbərlər 15.05.2024 01:30 2144

Meksikada qədim mayyalıların istifadə etdikləri vulkanik daşdan hazırlanmış heykəl aşkar edilib

Meksika Milli Antropologiya və Tarix İnstitutunun məlumatına görə, avqust ayında Patzkuaroda bazarın tikintisi zamanı arxeoloqlar arxası üstə uzanmış və əlində daş tutan nəhəng bir insanın heykəlini aşkar ediblər.

QHT.az xəbər verir ki, tədqiqatçıların fikrincə, heykəl təxminən 440 funt ağırlığında, təxminən 3 fut uzunluğunda və 2,5 fut hündürlüyündədir. O, tünd qara, məsaməli vulkanik daş olan ogit andezitdən oyulub.

Daş, 1350-1521-ci illər arasında, Son Postklassik dövrdə Mayyalar tərəfindən oyulub. İspanlardan əvvəlki dövrlərdə istifadə edilən ritual süfrəsi olan çakmol üçün uzanmış adam obrazı klassikdir. Arxeoloqlar hesab edirlər ki, ondan qurban və təqdim mərasimlərində istifadə olunub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı