Xəbərlər 25.04.2024 14:58 1299

“Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Astara şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

 

Təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

 

Müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi təlim zamanı şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri xilas edərək ilkin yardım göstərdikdən” sonra aidiyyəti üzrə təhvil veriblər.

 

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı