Xəbərlər 25.04.2024 01:04 2026

ABADA və İADMA arasında Memorandum imzalanıb - FOTOLAR

Azərbaycan və Qazaxıstanın yükdaşımalar sahəsində dərinləşən əməkdaşlığı çərçivəsində Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə Qazaxıstan Respublikasının "İriqabaritli və ağırtonnajlı yük daşıyıcıları Milli Assosiasiyası" (İADMA) arasında görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə hər iki ölkənin avtodaşıyıcılarının bu sahədə rastlaşdıqları problemlər, nəqliyyat- logistika xidmətlərinin gələcək inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi mexanizmlərinin təkmilləşdirilməsi, daşımaların dayanıqlı inkişafının təmin edilməsi üçün birgə fəaliyyət, Orta Dəhlizin təşviqi və digər məsələlər müzakirə edilib.  Tərəflərin qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda ABADA və  İADMA arasında müvafiq Memorandum imzalanıb.

Qeyd edək ki, ABADA və İADMA arasında imzalanan Memorandumun yalnız daşımaların keyfiyyətini yaxşılaşdırmaqla qalmayıb, həmçinin ticarət əməkdaşlığını da təmin etməsi gözlənilir. Bu, ənənəvi nəqliyyat rotalarını, sürətli və effektiv yolla açılmasına kömək edəcək və iki ölkə arasında sərhədlərin keçidini daha rahat və effektiv edəcəkdir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı