Xəbərlər 22.04.2024 10:42 1197

Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib -VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.

Təlimdə heyətlər tərəfindən "İqla-S" daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı