Xəbərlər 19.04.2024 11:17 1483

Qəhrəman şəhidimiz Röyal Xasıyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Röyal Xasıyev 1993-cü il aprelin 19-də Şəki rayonunun İkinci Biləcik kəndində anadan olub.

QHT.az xəbər  verir ki, 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2011-2015-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 7 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Röyal Xasıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı