Xəbərlər 15.04.2024 00:17 3048

QHT Ramazan bayramında tənhaları tək qoymadı - FOTOLAR

Müqəddəs Ramazan bayramında insanlara mərhəmət, şəfqət və xeyirxahlıq hissi ilə yanaşmaq xalqımıza xas olan başlıca xüsusiyyətlərdən biridir.

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova QHT.az- a bildirib ki, təşkilat bu əlamətdar günü xeyriyyə tədbiri ilə qeyd edib. QHT-nin sədri Ruhiyyə Məmmədova və Birliyin təşkil etdiyi xeyriyyə tədbirlərinin fəal iştirakçısı, Bakı Slavyan Universitetinin dosenti, psixoloq Gülnarə Həsənova paytaxtın Xətai rayonunda tənha yaşayan ahılların qonağı olublar: "Ən adi mövzularda insanlarla ünsiyyətə böyük ehtiyacı olan, qayğı və problemlərini digərləri ilə bölüşmək istəyən, amma taleyin hökmü ilə tənha yaşamağa məcbur olmuş ahıl yaşlı insanlar bayram günü qapılarını döyüb onları yad edən qonaqlarını sevinclə qarşılayıb, uşaqlıq və gənclik illərini xatırlayaraq uzun illər məşğul olduqları əmək fəaliyyətlərindən həvəslə söhbət açıblar. Dövlətin ahıllara və tənhalara diqqət və qayğısını minnətdarlıq hissi ilə vurğulayan ev sahibləri bayram sovqatlarına görə gələn qonaqlara səmimi təşəkkürlərini bildiriblər".

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı