Xəbərlər 12.04.2024 22:42 13760

Dünya Hemofiliya Gününə həsr olunmuş Muğam konserti təşkil edildi - FOTOLAR

Dünya Hemofiliya Günü dünyanın 147 ölkəsində müxtəlif formatlarda qeyd edilir. Məqsəd, müxtəlif qanın laxtalanma pozğunluqlarına ictimayyətin, həkimlərin və dövlət qurumlarının diqqətinin cəlb edilməsidir.
 

Azərbaycanda,  bütün dünyada olduğu kimi, hər il Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən bu gün müxtəlif tədbirlər çərçivəsində qeyd olunur. 
 

09 aprel 2024-cü il tarixində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Mirzə Ələkbər Sabir Fondu, Beynəlxalq Muğam Mərkəzi ilə bərabər dövlət qurumları, həkimlər və ictimai xadimlərin iştirakı ilə Dünya Hemofiliya Gününə həsr olunmuş Muğam konserti təşkil etdi.
 

Mədəni tədbirin rəsmi hissəsində QHT.AZ saytının baş redaktoru Cəsarət Hüseynzadənin moderatorluğu ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov və Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək tədbirin mahiyyəti haqqında  məlumat vermişlər. Bununla bərabər Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının 2023-cü il ərzində fəaliyyətinə həsr edilmiş video çarx izləyicilərə təqdim edilmişdir.
 

Daha sonra dövlət səhiyyə qurumlarının məsul şəxsləri və millət vəkili çıxış etmişlər.
Tədbirin mədəni hissəsində dəyərli muğam sənətkarları öz ifaları ilə tamaşaçılara zövq vermişlər. 
Tədbirdə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynovu nümunəvi fəaliyyətinə və göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif etdi.

 

Qeyd edək ki, tədbirdə 450-dən çox qonaq iştirak etdilər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı