Xəbərlər 05.04.2024 17:43 1492

Ezamiyyə xərclərinin dəyişdirilməsi: Ekspertin rəyi

Nazirlər Kabineti ezamiyyə xərclərinin dəyişdirilməsi barədə qərar qəbul edib. Artıq yeni, artırılmış normalar qüvvəyə minib. Qeyd edək ki, normaların artırılması ilə bağlı təkliflər mütəmadi olaraq müzakirələrdə təqdim olunurdu.

QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, qərara əsasən, ezamiyyə norması Bakı şəhərində 125 manat (əvvəl 90 manat), Gəncə, Sumqayıt şəhərlərində 95 manat (əvvəl 70 manat), respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manat (əvvəl 65 manat), Naxçıvan şəhərində isə 100 manat (əvvəl 70 manat) müəyyənləşib: "Xarici səfərlər zamanı dollar ifadəsində ən yüksək Nyu York şəhərində (450 dollar), avro ekvivalentində isə İsveçrənin Bern, Cenevrə və Sürix şəhərlərində (330 avro) ödəniləcək".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı