Xəbərlər 18.05.2024 21:41 2939

Göyçayda mütaliə mədəniyyətinin inkişafı ilə bağlı tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulıması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihənin fəaliyyətini Göyçayda davam etdirib.

Layihə çərçivəsində 17 may 2024-cü il tarixində Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən tədbirdə layihənin rəhbəri Adilə Nəzərova mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib və gənclərin marağını cəlb edən fikirlər səsləndirib. O, qeyd edib ki, mütaliyə mədəniyyəti şəxsin, qrupun və ya cəmiyyətin həyat tərzinin “oxumaq” sahəsində əks olunan özəlliyidir. Mütaliə mədəniyyəti fərdi və ictimai həyat tərzidir. Oxu mədəniyyətinin cəmiyyətdə yayılması üçün insanlarda kiçik yaşlardan ilkin savadlılıq vərdişləri inkişaf etdirilməlidir. Onlar böyüdükcə oxuduqlarını tənqidi oxuya çevirməyi bacarmalıdırlar. 


Təlimçi Həcər Paşayeva bildirib ki, oxu mədəniyyətinin əldə edilməsi təbii ki, ardıcıl aparılan prosesdir və bir-birindən asılı olan müxtəlif mərhələlərdən ibarətdir. Mütaliə mədəniyyətinə yiyələnmək üçün hər mərhələdə ehtiyacların ödənilməsi ondan sonrakı digər mərhələlərin keyfiyyətinə təsir edir. 
Sonra tədbir iştirakçılarının mövzu ilə bağlı fikirləri dinlənilib və müzakirə edilib. 

 

Təlim iştirakçılarına layihə çərçivəsində bədii ədəbiyyat nümunələri, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kitab Evi” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanıb. 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı