QHT sədrinin bank kartından külli miqdarda pul oğurlandı
Son günlərdə artan bank kartı dolandırıcılığı hadisələri, insanların təhlükəsizliyi ilə bağlı narahatlığına səbəb olur. Belə qurbanlardan biri də Pediatrik Kardiologiya və Revmotologiya Ictimai Birliyinin sədri olub. O başına gələn pis hadisəni QHT.az-a danışdı.
QHT.az- a açıqlama verən Sveta Rəfiyeva bildirib ki, yaxın vaxtlarda bank kart hesabından pul çəkilib. Dolandırıcılar, bank kartı məlumatlarını ələ keçirərək, QHT sədrinin hesabından böyük bir çətinlikə pul köçürməyə cəhd ediblər. O, yaşadığı bu hadisənin detallarını bölüşərək qeyd edib ki, guya Bankdan əlaqə saxlayıblar və hesabının təhlükəsizliyini qorumaq üçün tədbirlər görmələrinin vacib olduğunu bildiriblər: “İşə gələn kimi mənə zəng gəldi ki, bəs sizi Bankın təhlükəsizlik xidmətindən Rafail Novruzov narahat edir. Kartınızı itirmisiniz, sizin kartınızda bankomatdan pul çıxartmağa cəhd ediblər. Ona görə də təcili olaraq məlumatları verin, kartınızı bloklayaq. Mən tez kartlarımı axtardım. Bir təsadüf o kartı tapmadım, hansı ki, kartdakı pul var idi, onu tapa bilmədim. Ona görə də narahat oldum ki, doğrudan da kimsə ona pul çıxartmaq istəyir. Burda da xəstələr, uşaqlar səs- küy salırdı, ağlayırdı. Dedim, siz deyin mən özüm bloklayım. Dedi siz bloklasanız, biz orda iş görə bilmərik. Elə məni gipnoz elədi ki, kartın bütün məlumatlarını dedim. Dedi siz Bankın baş ofisi Füzuli küçəsinə yaxınlaşarsınız. Doğrudan da Bankın baş ofisi Füzuli küçəsində yerləşir. Dedim, yaxşı, özüm yaxınlaşaram və bir də yadıma düşəndə ki, mənim parklama üçün balansımda pul yoxdu, yenə mən həmin problemi yaşayacam, yenə mənə ştraf gələcək. Bütün məlumatları soruşdu. Dedim ki, mənə inanmıram. Dedi sizə gələn zəngin nömrəsinə baxın. Axırına baxdım, gördüm. Bankın qaynar xəttidir. Məni inandırdı. Sonra dedi ki, baxın Kapital Bankdan SMS gəlib. Doğrudan da açdım, gördüm əvvəl orda 1300 neçəsə manat pul var idi. 200 manatlıq gəlib, amma SMS-də "Təhlükəsizlik dələduzlardan uzaq durun, bu kodu heç kimə verməyin" deyə heç nə yazılmamışdı. Hə, baxdım gördüm 200 manat orda gəlib, amma 200 manatı çıxartmamışdı. Baxmayaraq ki, mən ona dörd rəqəmli kodu dedim, ikinci dəfə isə adı nədir. Yəni ikinci dəfə. Bir də mənə zəng elədi ki, dörd rəqəmli kodu deyim. Mən dörd rəqəmli kodu deyəndən sonra, ora yazıldı ki, dələduzlara inanmayın. Amma əvvəlki mesajda o söz yazılmamışdı. Dedim mənə necə tələb eləyə bilərsiniz ki, burada yazılıb bu kodu başqa heç kim vermə. Mən zəngi söndürdüm, sonra yenə bir nəfərdən zəng gəldi. Elə bil gözümün qabağına pərdə çəkiblər, mən nömrənin əvvəlinə baxa bilməmişəm. Mənə yığdığı nömrə Daxili İşlər Nazirliyinin 102 nömrəsi idi. Bu dəfə dedi sizi təhlükəsizlik xidmətindən mayor Mahir Əliyev narahat edir. Sizin kartınızdan pul çıxarıla bilər. Sizə kömək etmək istəyirik, Siz də hələ bir səsinizin tonunu qaldırırsınız və sairə. Bizə mane olmayın, biz öz işimizi görək. Pulunuzu çıxardanda bizim üstümüzə gələcəksiz. Yəni o pulumu Azərbaycanda çıxardıblar. Mən 102 yə zəng elədim, 22 nömrəli polis bölməsindən məni çağırdılar. Getdim ərizə yazdım və orda soruşdum ki, siz mənim pulumu tapa biləcəksiz. Başlarını yellədilər ki, mənasız şeydi, vəssalam”.
QHT sədri təəssüflə bildirib ki, həm əmək haqqım, əlilliyə görə pensiyam idi, hamısı getdi: "Bu ay ərzində pulsuz qalası oldum”.
Pərvanə Fərhadqızı