“Yaşıl təfəkkürün formalaşmasında təhsilin rolu” mövzusunda Respublika elmi-praktik konfrans- FOTOLAR
Mayın 16-da Azərbaycan Dillər Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl təfəkkürün formalaşmasında təhsilin rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Tədbirdə millət vəkilləri, ADU-nun müəllim-professor heyəti və tələbələr iştirak ediblər.
QHT.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Azərbaycanın COP29-a ev sahibi seçilməsi mühüm əhəmiyyət kəsb edir və bu konfrans tələbələrin iqlim dəyişikliyi problemləri haqqında məlumatlılığının artırılmasına kömək edəcək.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və komitənin üzvü İltizam Yusifov COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışaraq, bunun Azərbaycanın iqlim məsələsindəki öhdəliklərinin tanınması olduğunu vurğulayıblar.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova “Universitetlərin reytinq cədvəlində davamlı inkişaf komponenti” mövzusunda çıxış edib.
Rumıniyanın Yassı Universitetindən professor Lyudmila Bejenaru isə Heydər Əliyevin ekoloji problemlərin həllindəki rolundan bəhs edib.
ADU-nun Filologiya fakültəsinin dekanı Həmidə Əliyeva tədbirin ölkənin beynəlxalq nüfuzunu artıracağını bildirib.