Xəbərlər 17.05.2024 19:10 3345

“Şəhid ailəsinə kiçik  bir əməl o ailənı yaşadır, dəstək olur” – QHT sədri

“Bu gün bizim Şəhid ailələrin qarşısında 2 borcumuz var. Biri vəzifə borcu, digəri vicdan borcu. Çalışaq hər iki borcu layiqincə yerinə yetirək. Biz vəzifə borcunu tələb edə bilərik, amma vicdan borcu elə bir şeydi ki, onun içində olmalıdı, onu tələb edə bilmərik”.

Bu sözləri "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, mən tədbirə gedəndə bir avtomobilin Şəhid olan oğlu Miqdadın (Abduləlimov Miqdad) şəklinin yanından sürüb keçəndə ona hərbi şərəf verdiyini görüb: "Ağladım, hətta ona çatıb çox sağ ol demək istədim. Arxasınca avtomobili idarə etdik. Bəziləri bəlkə məni qınıyar ki, ana onların borcudu, etməlidilər. Amma mən belə saymıram. Mən onu bilirəm ki, bu Vətəndə kim yaşayırsa hər birinin bu Vətən önündə bir borcu var. Bu o demək deyil ki, hamı şəhid olmalıdı. Hər bir insanın öz vəzifəsi var. Mənim  Allah və Vətən qarşısında Şəhid vermək idi. Məndə şükür ki, ilk olaraq Allah qarşısında borcumu yerinə yetirdim, sonrada Vətən qarşısında. Bundan sonra iş bu torpaqda yaşayanların borcudur. Şəhid ailəsinə kiçik  bir əməl o ailənı yaşadır, dəstək olur”.

Allah rəhmət eləsin! Şəhidlərimizə rəhmət, ailələrinə və sevdiklərinə səbir versin.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı