Xəbərlər 03.04.2024 20:59 6794

Kiçik qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibləri olan bir qrup QHT-lərin rəhbərləri ilə görüş keçirilib. 
 

Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, həmin Agentliyin

Müşahidə Şurasının üzvü Zaur İbrahimli və digər məsul şəxslər iştirak edib. 
 

Əvvəlcə Aprel şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub. 
Görüşdə müsabiqənin qalibləri təbrik edilib, onların sualları ətraflı cavablandırılıb, gözləntilər izah olunub. 
Bu həftə analoji görüşlər kiçik qrant müsabiqəsinin qalibi olan digər QHT-lərin rəhbərləri ilə də keçiriləcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı