Xəbərlər 29.03.2024 13:24 2723

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib.

 

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

 

Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri hündürmərtəbəli binadan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.

 

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı