Xəbərlər 29.03.2024 10:25 6451

QHT sədri: "Solovyovun informasiya təxribatı fiaskoya uğradı"

"Analizlər görstərir ki, "Crocus City Hall"da baş verən terror aktı açıq-aydın Rusiyaya təzyiq göstərmək və bütün MDB məkanında sabitliyi pozmağa hesablanan bir ssenaridir".

QHT.az bildirir ki, bu sözləri Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin sədri Elnurə Abuşova bildirib. Onun sözlərinə görə, "Crocus City Hall"dakı terror aktının arxasında Rusiyanı müsəlman dünyasına qarşı qoymaq məqsədi dayanır. Xəbər ardıcıllığına fikir verək, Qərb terrordan əvvəl silahlıların ziyarət etdiyi Türkiyənin, Orta Asiya ölkələrinin günahkar olduğu mövzunu canfəşanlıqla təbliğ edir: "ABŞ hakimiyyəti də bəyan etdi ki, hazırda Rusiya ilə terrorizmlə mübarizədə fəal əməkdaşlığa hazır deyil. ABŞ-dakı səfir Anatoli Antonovun sözlərinə görə, Vaşinqton kəşfiyyat xidmətləri indiyə qədər olduğu kimi, öz kanalları vasitəsilə məlumat mübadiləsini davam etdirəcək. Təəssüf ki, məlum terror aktında Azərbaycan izini axtarmaq eşqinə düşənlər də var. Bu qərəzli adamların Qərbdən, ABŞ-dən yox, məhz Rusiyanın özündən olması təəssüfləndirdiyi qədər düşündürür. Baş verən terror aktını prezident seçkilərindən dərhal sonra hakimiyyətə inamsızlıq toxumu səpmək cəhdi adlandıranlar da var. Başqa bir versiya budur ki, Rusiya multikultural olduğu üçün hər dəfə ölkə daxilində kritik vəziyyətlərdə hansısa qüvvələr millətlərarası toqquşmaları törətməyə çalışırlar. Vladimir Putin özü də etiraf etdi ki, istənilən etnik toqquşma Rusiya üçün təhlükəlidir. Telejurnalist V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə alması, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. V.Solovyov özünün sərsəm eyhamları ilə Azərbaycana qarşı informasiya təxribatı aparır. Unudur ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti olmur. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib, aralarında azərbaycanlı yoxdur".

Ölkəmizə qarşı təxribat ehyamlarının fiaskoya uğradığını vurğulayan Elnurə Abuşova həmçinin bildirib ki, problem odur ki, radikal vəziyyətdə radikal millətçi bəyanatlar səsləndirən sadəlövh "vətənpərvərlər" terrorun hegemon dövlətlər üçün nə qədər faydalı olduğunu dərk etmirlər: "Teleaparıcı, jurnalist Vladimir Solovyov da  belələrindəndir. Güc dövlətləri maraqlıdır Rusiya tərkibindəki xalqlar hər biri ayrılıb müstəqilliyini elan etsin. Kiçik bir ərazidə ruslar kiçik etnik Rusiyadan ibarət olsun. Təbii ki, illərdir Rusiyaya sanksiya tətbiq edənlər belə bir fikri dəstəkləməkdən və tanımaqdan məmnun olacaqlar. Minlərlə soydaşımız illərdir Rusiyada yaşayır, işləyir. Hiss olunur ki,  Slovyov və sifarişçilərinin məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. Azərbaycan dövləti qloballaşan dünyada başverən hadisələrə soyuqqanlıqla yanaşacaq, balanslı siyasət aparacaq. Qonşu dövlətlərdə nə qədər sabitlik olarsa, regionda sülh olarsa, ölkəmiz  üçün də o qədər rahat olar".

QHT sədri sonda əmin olduğunu bildirib ki, V.Solovyova qarşı ölçü götürüləcək, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı