Xəbərlər 18.03.2024 10:40 2306

“COP29-la əlaqədar qrant müsabiqəsi elan olunacaq”- Ülviyyə Qarayeva

“Növbəti qrant müsabiqəsi bu yaxınlarda COP29-la əlaqədar elan olunacaq”.

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O, Dövlət başçısına COP29-la əlaqədar Təşkilat Komitəsinin tərkibinə Agentliyin və ən fəal bir sıra QHT-lərin nümayəndələrinin daxil edilməsinə görə dərin minnətdarlığını bildirib: “Bu, QHT-lərə dövlət tərəfindən olan münasibəti, yüksək dəyər və etimadı aydın nümayiş etdirir. Əlimizdən gələni edəcəyik ki, müstəqillik tariximizdə ilk dəfə ev sahibliyi etdiyimiz ən böyük qlobal tədbirdə - COP29-da QHT-lərimiz fəal iştirak etsinlər. Bu, QHT-lərimizin dünyaya açılması, geniş əlaqələr qurması üçün unikal və böyük fürsətdir”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı