Xəbərlər 18.04.2024 11:48 1211

İqtisadiyyat Müsabiqəsi: Azərbaycanın Gələcəyə Yönələn Uğuru

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xüsusi dəstəyi ilə ölkəmizin bütün iqtisadi regionlarını əhatə edən İqtisadiyyat Müsabiqəsinin 29 mart-3 aprel tarixlərində məktəb turunu yekunlaşdırıb. Məktəb turunda ümumilikdə 385 məktəbdən 9, 10, 11 və 12-ci siniflər üzrə 1637 şagird azərbaycan, rus və ingilis dillərində onlyan imtahan verib.

QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İqtisadiyyat Müsabiqəsinin bütün turları müvəffəqiyyətlə həyata keçirilib: “Ölkə üzrə ən yüksək nəticə göstərmiş 5 nəfər şagird Slovakiyanın Bratislava şəhərində beynəlxalq turda iştirak etmişdir. 2024-cü ildə beynəlxalq tur Yunanıstanın Afina şəhərində keçiriləcək və burada iştirak etmək üçün seçimlərin növbəti turu regional mərhələdir. Bu o deməkdir ki, ən yüksək nəticələr göstərmiş 5 məktəbli Azərbaycanı Avropada təmsil edəcək. Məktəb turunda göstərdikləri yüksək nəticəyə əsasən, aşağıda adları verilən şagirdlər 24 aprel tarixində regional tur imtahanında iştirak edəcəklər”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı