Xəbərlər 13.03.2024 17:42 1374

"Son 3 ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib"- EKSPERT

"2023-cü ilin ilk iki ayında Azərbaycanın Avropaya qaz ixracatı 9.6 faiz artaraq 2.1 milyard kub metr olub. Bu müddətdə Türkiyəyə 1.4, Gürcüstana isə 0.6 milyard kub metr qaz ixrac olunub. Azərbaycanın ümumi qaz ixracatı son iki ayda 4.1 milyard kub metr olub. Ümumi qaz hasilatı isə 2.3 faiz artaraq 8,2 milyard kubmetrə çatıb".

QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, göründüyü kimi, bir sıra beynəlxalq qurumların, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin qərəzli və ikili standartlara söykənən çağrışlarına baxmayaraq Azərbaycan ilə Avropa arasındakı iqtisadi əməkdaşlıq daha da güclənir. Son 3 ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə Avropaya qaz ixracının həcmi illik olaraq 12 milyard kubmetrə yaxınlaşıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı