Xəbərlər 06.03.2024 11:09 1267

Deputat 2600 nəfərdən artıq sakinə xidmət göstərən yararsız tibb məntəqəsinə baş çəkib

Deputat Vüqar Bayramov Kərimbəyli kənd sakinləri ilə görüşüb. Müraciətlər zamanı kənd ərazisində yerləşən və 2600 nəfərdən artıq sakinə xidmət göstərən tibb məntəqəsinin yararsız olduğu bildirildi.

QHT.az xəbər verir ki, tibb məntəqəsinin kollektivi ilə görüş zamanı və baxış zamanı məntəqənin yararsız və qəzalı vəziyyətdə olduğunun şahidi olublar. Ermənistan işğalı zamanı dağıdılan bu tibb məntəqəsində hal-hazırda 9 nəfər çalışır.

Kənd sakinləri tərəfindən tibb məntəqəsinin yenidən qurulmasının vacibliyi vurğulandı. Problemin həll olunması istiqamətində Səhiyyə Nazirliyinə deputat sorğusu göndərilib.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı