Xəbərlər 27.02.2024 14:11 1467

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) Beynəlxalq Katibliyi adından Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) məktub ünvanlanıb

QDİƏTPA-nın vitse-prezidenti və qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönmez, vitse-prezident və Albaniya nümayəndə heyətinin rəhbəri Petro Koçi, vitse-prezident və Gürcüstan nümayəndə heyətinin rəhbəri Ramaz Nikolaşvili, həmçinin Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova, Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç və Yunanıstan nümayəndə heyətinin rəhbəri Konstantinos Vlasis AŞPA prezidenti Teodoros Rusopulosa QDİƏTPA-nın Beynəlxalq Katibliyi adından məktub ünvanlayıblar. 

 

Məktubda Teodoros Rusopulosa AŞPA-nın prezidenti seçilməsi münasibətilə təbrik ifadə olunur, həmçinin QDİƏTPA və AŞPA arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinə toxunulur.

 

Qeyd olunur ki, ötən müddət ərzində QDİƏTPA demokratiya və qanunun aliliyinə hörmət edən Avropa institutları ilə faydalı əməkdaşlıq edib, lakin təəssüf ki, həm QDİƏTPA-nın, həm də AŞPA-nın üzvü Azərbaycan AŞPA-da səsvermə hüququndan məhrum olunub.

 

Məktub müəllifləri Cənubi Qafqazın aparıcı dövlətlərindən biri olan Azərbaycanın insan hüquqlarına hörmətlə yanaşdığını vurğulayaraq, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun bərpa ediləcəyinə ümidlərini ifadə ediblər


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı