Xəbərlər 13.02.2024 15:02 789

Qərbi azərbaycanlılar Xankəndi və ətrafına köçürülsün

Azərbaycan çalışmalıdır ki, Qərbi Azərbaycandan olan qaçqınlarımız ermənilərin köçüb getdikləri yaşayış məntəqələrində yerləşdirilsin. Məsələn, Xankəndi, Hadrut, Əsgəran və sair. Xocalıda ümumiyyətlə erməni yaşamayıb. Biz bu məskunlaşmanı nə qədər tez həyata keçirə bilsək, bizə olan təzyiqlər bir o qədər azalacaq.

 

QHT.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Teleqraf.com-a geniş müsahibəsində deyib.

 

O, bu prosesi sürətləndirmək üçün hökumətə çağırış edib:

 

“Xankəndidən 16 min azərbaycanlı qovulub, qərbi azərbaycanlıların ora köçürülməsini bir kənara qoyaq, həmin insanların evləri dağıdılmayıb, ermənilər bizim azərbaycanlıların evlərinə girib yaşayıblar, indi həmin insanları öz evlərinə qaytarmaq lazımdır. Bunu həm də ona görə etməliyik ki, kənar təzyiqlərə son qoyaq”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı