Xəbərlər 07.02.2024 09:55 1590

Laçında səsvermə başladı

İşğaldan azad olunan Laçın rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.

 

QHT.az Report-a istinadən xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb.

 

Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir.

 

Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.

 

Laçındakı məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

 

Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı